Hadisə

Azərbaycanın azad edilmiş ərazilərinin 16,4 faizi minalardan təmizlənib

Azərbaycanın azad edilmiş ərazilərinin 38 726 hektarı 10 noyabr 2020-ci il tarixindən indiyədək minalardan təmizlənib. Bu barədə aprelin 17-də Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfransda prezidentin həmin ərazilərdəki xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, bu, təmizlənməli olan ərazinin 16,4 faizidir.“Çirklənmiş ərazi o qədər çoxdur ki, iki il yarım ərzində yalnız bu qədər ərazi təmizlənib. 57 876 mina və partlamamış hərbi sursat aşkar edilib. Bu göstərici üzrə Ağdam öndədir. Ağdamda 27,5 faiz, Füzulidə 25 faiz, Tərtərdə 16,7 faiz, Xocavənddə 5,1 faiz, Xocalıda 15,8 faiz ərazi minalardan təmizlənib. Xocalının cəmi 6 kəndi Azərbaycanın nəzarətindədir”, – o deyib.

Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, hərbi əməliyyatların dayandırılmasından (10 noyabr 2020-ci il) bu günə qədər ermənilərin basdırdığı minaların partlaması zamanı 51 nəfər həlak olub, 240 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Ekspertlərin fikrincə, bu ərazilərdə yüz minlərlə mina var.

Bənzər yazılar

Back to top button