Siyasət

Ceyhun Bayramovun Luis Bono ilə görüşü

Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bononu qəbul edib.

Görüş zamanı, Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin gələcək perspektivləri, eyni zamanda Azərbaycan-Ermənistan normallaşma prosesinin digər komponentləri müzakirə olunub.

Bayramov üçtərəfli bəyanat (Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatı – qeyd Turan) çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, öz qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, Azərbaycanın 8 kəndini (Qazax və Naxçıvan Muxtar Respublikasında – qeyd Turan) işğal altında saxladığını, mütəmadi hərbi və siyasi təxribatlarını davam etdirdiyini diqqətə çatdırıb.

Azərbaycanın iki hərbçisinin əsir götürüldüyü, əsirlərdən birinə qarşı fiziki zorakılıq tətbiq edildiyini deyən nazir onların dərhal azad edilməsinin vacibliyini bildirib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bənzər yazılar

Back to top button