Cəmiyyət

Audiovizual Şura əsir götürülmüş azərbaycanlı əsgərə qarşı zorakılıq səhnələrilə bağlı jurnalist etikasını xatırladır

Aprelin 10-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində “əlverişsiz hava şəraiti və məhdud görünmə” səbəbindən iki hərbçi azaraq erməni tərəfə keçib və orada işgəncələrə məruz qalıb. Ermənistan mediası əsgərlərə qarşı zorakılıq səhnələri yayıb.

Ekspertlər qeyd edirlər ki, bu, jurnalist etikasına ziddir və bəzən belə hallar Azərbaycan teleşoularında da baş verir.

Audiovizual Şuradan Turan agentliyinə bildiriblər ki, Azərbaycan televiziyası ən həssas məqamlarda, o cümlədən əsirlərin fotolarının yayımlanması zamanı etik normalara riayət edir. “Azərbaycan televiziyası müəyyən verilişlər yayımlandıqda şəxsiyyətin gizliliyinin qorunması tələb olunduqda və ya zorakılıq səhnələrinin və onların qurbanlarının yayımına yol verilmədikdə təkcə əsirlərin yox, uşaqların da üz görüntülərini bulanıq təsvir edir”.

Şurada qeyd ediblər ki, bununla bağlı daim monitorinq aparılır.

Audiovizual Şura 8 fevral 2022-ci ildə keçmiş Milli Televiziya və Radio Şurasının əsasında yaradılıb. Şuranın əsas məqsədi teleradio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini və bu fəaliyyətin tənzimlənməsini təmin etməkdir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button