Siyasət

Türkiyə- Ermənistan münasibətləri yenidən müzakirə edildi

Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan ABŞ dövlət katibinin müavini Erika Olsonla müzakirələr aparıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Parlamenti məlumat yayıb.

Bildirilib ki, Rubinyan regiondakı mövcud vəziyyət barədə ABŞ dövlət katibinin müavininə məlumat verib. Onlar həmçinin, Ermənistan-Türkiyə münasibətlərinə toxunublar.

Hər iki tərəf Türkiyə ilə Ermənistan arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması haqqında sazişinin tezliklə reallaşdırılmasının vacib olduğunu qeyd ediblər.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Ermənistan sərhədlərinin açılması üzərində iş getdiyini açıqlamışdı.

Bənzər yazılar

Back to top button