Hadisə

Çoban tank əleyhinə minanın partlaması nəticəsində dünyasını dəyişib

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində (Bakıdan 335 km cənub-qərbdə) mina partlamada dinc sakin ölüb.

ANAMA (Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Milli Agentliyi) və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, Füzuli rayonunun Qazaxlar kənd sakini, heyvandarlıqla məşğul olan 1964-cü il təvəllüdlü Alışov Oktay Bayram oğlu at belində təmizlənməmiş əraziyə keçib və tank əleyhinə minaya düşüb.

2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatlar dayandırıldıqdan sonra Ermənistan Silahlı Qüvvələrinin yerləşdirdiyi minaların partlaması nəticəsində 299 hərbçi və mülki Azərbaycan sakini yaralanıb, o cümlədən 55 nəfər ölüb, 244 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bənzər yazılar

Back to top button