Siyasət

Ramil Usubovdan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

“Qarabağ münaqişəsinin yaratdığı reallıqların töhfələri səmimi tərəfdaş olmaq istəyən bütün dövlətlərin bəhrələnməsinə imkan yaradır. Məsələn, Zəngəzur dəhlizi yalnız Azərbaycanın strateji maraqlarını əks etdirmir”.

Qaynarinfo-nun xəbərinə görə, bunları Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.

“Eyni zamanda Orta dəhliz adı almış Çin-Avropa tranzitinin ən təhlükəsiz marşrutuna çevrilə bilər və bu layihə onlarla ölkənin ehtiyaclarını ödəyər, böyük mənfəətini təmin edər. Təkcə bu bölgədə yerləşən ölkələrin layihə reallaşandan sonra əldə edəcəkləri mənfəət Zəngəzur dəhlizinin qlobal miqyasda necə böyük əhəmiyyət kəsb etdiyini göstərir.

Eləcə də ərazi bütövlüyünü təmin edən Azərbaycanın regionda yaratdığı möhkəm təhlükəsizlik sistemi Avropanın ən böyük probleminə çevrilən enerji təminatına böyük yardım göstərəcəkdir. Azərbaycanın karbohidrogen ehtiyatları və ərazimizdən tranzitlə ötürülə biləcək digər ölkələrin enerji resursları gələcək onilliklər boyu bütövlükdə Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə olacaqdır”, – Azərbaycanın Təhlükəsizlik Şurasının katibi qeyd edib.

Bənzər yazılar

Back to top button