İdman

Vəziyyəti ağır olan müdafiəçi şahzadənin təyyarəsi ilə Almaniyaya aparıldı – FOTO

Qətərdə keçirilən dünya çempionatında Argentina ilə oyunda (2:1) zədələnən Səudiyyə Ərəbistanı millisinin futbolçusu Yasser Al Şahraninin durumunun ciddi olduğu müəyyənləşib.

Fanat.az xəbər verir ki, 30 yaşlı müdafiəçiyə çənə sınığı, bir neçə üz sümüyünün əzilməsi və daxili qanaxma diaqnozu qoyulub.

Oyunçu əməliyyat olunacaq. Səudiyyə rəsmiləri Şahraninin Almaniyaya aparılması üçün şəxsi təyyarə ayırıb.

Qeyd edək ki, yığmanın qapıçısı Məhəmməd Al-Ovais matçda komanda yoldaşını zədələyib. Qolkiper görüşün sonlarında topu cərimə meydançasından uzaqlaşdırmaq istəyərkən diziylə Yasser Al Şahranini vurub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button