Cəmiyyət

MIT-yə tam təqaüdlə qəbul alan Fidandan daha bir uğur – Foto

13-19 aprel tarixlərində Sloveniyanın Portoroz şəhərində 12-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) təşkil edilib.

AzToday.az Elm və Təhsil NAzirliyinə istinadla xəbər verir ki, 57 ölkədən 213 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub.

Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 qızıl, 1 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar. Belə ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Fidan Qarayeva qızıl, Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin X sinif şagirdi Sevinc Mahmudova bürünc medala, həmin liseyin XI sinif şagirdləri Fidan Cəfərli və Səfurə Ramizqızı isə “Həvəsləndirici mükafat” sertifikatına layiq görülüblər.

Qeyd edək ki, Fidan Qarayeva 42 mümkün baldan hamısını toplayaraq yarışda ən yüksək nəticə göstərən 14 iştirakçıdan biri olub.

Xatırladaq ki, F. Qarayeva, həmçinin bu il tam təqaüdlə Massaçussets Texnologiya İnstitutunun (MIT) bakalavr səviyyəsinə qəbul alub.

Bənzər yazılar

Back to top button