İdman

Ronaldo qızını belə təbrik etdi

Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo qızı Bellanı ad günü münasibətilə təbrik edib.

Qol.az xəbər verir ki, 38 yaşlı hücumçu sosial şəbəkə hesablarında Bella ilə fotosunu paylaşıb və yazıb: “Həyatının ilk ilini təbrik edirəm. Atan səni çox sevir!”

Xatırladaq ki, ötən il futbolçunun sevgilisi Corcina Rodriqez əkiz uşaq dünyaya gətirib. Onlardan oğlan olanı vəfat edib, yalnız Bella adlı qız sağ qalıb.

Bənzər yazılar

Back to top button