Dünya

ABŞ Rusiyalı hərbi cinayətkarları məsuliyyətə cəlb etməyi vəd edir

Bazar ertəsi ABŞ Ukraynada hərbi cinayətlərə görə Rusiya hərbiçilərinin məhkəmə təqibini həyata keçirmək niyyətini təsdiq edib, xəbəri Turan-ın Amerikadakı müxbiri verib.

ABŞ-ın baş prokuroru bu istiqamətdə birgə səyləri müzakirə etmək üçün Vaşinqtonda Merrik Garland Ukrayna baş prokuroru Andrey Kostinlə görüşüb.

“Ölkəmizə daxil olan Rusiyalı hərbi cinayətkarlar başa düşməlidirlər ki, onlar ABŞ məhkəmələri qarşısına çıxarılacaqlar”, deyə Garland aprelin 17-də Ukraynalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ hüquqi məsləhətçi kimi fəaliyyət göstərməsi üçün ABŞ-ın Kiyevdəki səfirliyinə öz nümayəndəsini, habelə Haaqaya prokurorunu göndərəcək, bu da Rusiyanın Ukraynada törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi üzrə daha bir tədbir olacaq.

“Bizim çox yaxşı yaddaşımız var”, deyə Garland Rusiyanın hərbi cinayətlərinin məhkəmə təqibinin müddəti haqqında suala cavabda bildirib.

Öz növbəsində, Kostin qeyd edib ki, Vaşinqton və Kiyev “Ukraynaya və ukraynalılara qarşı törədilmiş hərbi cinayətlərin bütün təqsirkarlarının məsuliyyətə cəlb edilməsi istəyində həmrəydir”.

Bənzər yazılar

Back to top button