İdman

Dünyanın ən dəyərli futbolçusu müəyyənləşdi: Nə Messi, nə Ronaldo…

Dünyanın ən dəyərli futbolçularının siyahısı açıqlanıb.

Fanat.Az xəbər verir ki, CIES Futbol Araşdırmaları Mərkəzinin analitiklərinin qiymətləndirməsinə görə, dünyanın ən dəyərli 100 futbolçusu siyahısına “Tottenhem”in hücumçusu Harri Keyn başçılıq edir. İngilis ulduzun transfer qiyməti 201,2 milyon avrodur.

Onu PSJ-nin braziliyalı ulduzu Neymar izləyir. “Sambaçı”ya 195,7 milyon avro qiymət qoyulub. İlk “üçlüy”ü PSJ-nin digər ulduzu Killian Mbappe qapayır – 186,5 milyon avro.

“Barselona”nın futbolçusu Lionel Messi 184,2 milyon avro ilə 4-cü, “Liverpul”un ulduzu Məhəmməd Salah 171,3 milyonla 5-ci sırada qərarlaşıb. “Real”ın futbolçusu Kriştiano Ronaldo isə 24-cü yerdə qərarlaşıb – 103,4 milyon avro.

Qeyd edək ki, CIES Futbol Araşdırmaları Mərkəzinin qiymətləndirməsində futbolçuların yaşları, oynadıqları mövqe, milli və klubdakı performansları, qazandıqları uğurlar, o cümlədən çıxış etdikləri daxili çempionatın səviyyəsi kimi amillər nəzərə alınır.

Bənzər yazılar

Back to top button