Cəmiyyət

Çərşənbə günü havanın küləkli olacağı gözlənilir

Aprelin 19-da Bakıda və Abşeron yarımadasında hava şəratinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, əsasən səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var.

Mülayim cənub-şərq küləyi günün birinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 8-12 dərəcə isti, gündüz 13-18 dərəcə, bəzi yerlərdə 20 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da yağmursuz hava şəraiti gözlənilir, amma bəzi dağlıq rayonlarda arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 16-21 dərəcə, bəzi yerlərdə 23-25 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə, bəzi yerlərdə 16 dərəcə isti olacaq.

Bənzər yazılar

Back to top button