Dünya

Bu uşağı Hindistanda allah hesab edirlər

Hindistanda bir kəndin sakinləri belində bir çəngə tüklə anadan olmuş altı yaşlı Şivam Kumarı allah hesab edir, ona ibadət etməyə gəlir.

Qaynarinfo xəbər verir ki, oğlanın uzun tükləri onun belinin aşağı hissəsində yerləşir, buna görə də onu meymunabənzər tanrı Hanumanın təcəssümü hesab edirlər. “Quyruq”lu oğlan haqqında məlumat yerli sakinlər arasında yayıldıqdan sonra zəvvarlar Şivama axışmağa başlayıblar.

“Bizim tərəflərdə hamı onu sevir. Əvvəlcə bu bizə problemlər yaratdı, çünki insanlar hər gün evimizə gəlir, bu da gündəlik həyatımıza mane olurdu”, – oğlanın anası deyib.

Qadın bəzən qonaqlara yalan danışmaq məcburiyyətində qaldıqlarını, uşağın evdə olmadığını bildirib ki, çıxıb getsinlər. O, övladının tamamilə sağlam olduğundan əmindir. Onlar uşağın belindəki saçı məhv etməyi də düşünmürlər, çünki bunu allahın hədiyyəsi hesab edirlər.

Uşağın nənəsi isə onun meymuna heyrətamiz bənzərliyini qeyd edib, çünki o, heç dinc otura bilmir, atılıb-düşür, hətta başının üstündə dayanır.

Xatırladaq ki, sentyabr ayında Hindistanın Tonka şəhərində dörd ayağı, üç qolu olan bir qız dünyaya gəlmişdi.

Bənzər yazılar

Back to top button