İqtisadiyyatManşet

İnternetin sürətinə görə Madaqaskar, Honduras kimi ölkələrdən geridəyik – Siyahı

Ən sürətli internetə sahib ölkələrin siyahısı açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Wisevoter.com” saytı məlumat yayıb.

Göstəricilərə əsasən, Azərbaycan ən sürətli internetə sahib ölkələrin siyahısında 35.7 Mbps orta sürətlə 124-cü yerdə qərarlaşıb.

Region ölkələrinin internetin sürətinə görə 176 ölkə arasında mövqeyi və internetin orta sürəti isə belə olub:
25. Moldova – 197.28 Mbps
57. Rusiya – 113.58 Mbps
68. Ukrayna – 95.2 Mbps
78. Belarus – 79.35 Mbps
83. Qazaxıstan – 74.84 Mbps
85. Ermənistan – 73.55 Mbps
91. Türkiyə – 64.52 Mbps
93. Özbəkistan – 63.05 Mbps
106. Qırğızıstan – 52.6 Mbps
109. Tacikistan – 45.96 Mbps
124. Azərbaycan – 35.7 Mbps
134. Gürcüstan – 30.28 Mbps
145. İran – 24.44 Mbps
175. Türkmənistan – 8.84 Mbps

İnternetin orta sürəti ən yüksək olan ölkələr isə bunlardır:
1. Monako – 319.59 Mbps
2. Sinqapur – 300.83 Mbps
3. Çili – 298.5 Mbps
4. Honkonq – 292.21 Mbps
5. Çin – 280.01 Mbps

Dünya ölkələri arasında internetin orta sürətinə görə ən sonuncu sıralarda isə bu ölkələr qərarlaşıb:
172. Qambiya – 10.63 Mbps
173. Burundi – 9.62 Mbps
174. Əfqanıstan – 9.28 Mbps
175. Türkmənistan – 8.84 Mbps
176. Kuba – 7.21 Mbps

Qeyd edək ki, Azərbaycan (124) sıralamada Madaqaskar (119), Qvatemala (122), Honduras (123), Lesoto (125), Somali (126) kimi ölkələrlə qonşu mövqelərdə yer tutub.

Bənzər yazılar

Back to top button