İdman

Ançelotti: “Napoli”yə yazığım gəlir”

“Biz bilirdik ki, belə bir matçda dözməli olacağıq. Rəqib hər şeyi sınadı, xüsusən də sol cinahda. Bizə problem yaratdılar, amma bundan sonra düzəlişlər etdik. Müdafiədə çox layiqli səviyyə nümayiş etdirdik”.

Qol.az xəbər verir ki, bu sözləri “Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında “Çelsi”yə 2:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəldikləri cavab oyunundan sonra deyib.

“Kurtua vacib seyv etdi, yoxsa “Çelsi” önə keçəcəkdi. İkinci hissədə oyuna daha yaxşı nəzarət etdik, əks-hücumlarda iki qol vura bildik. Biz özümüzü düşünürük, amma “Milan”a görə sevinirəm, uzun müddətdir ki, yarımfinalda oynamırlar. “Napoli”yə yazığım gəlir, bu klub mənim üçün də əzizdir” – deyə o bildirib.

Bənzər yazılar

Back to top button