Hadisə

Zəhərlənən 15 şagirddən 9-u evə buraxılıb

Aprelin 18-də Bakının Binə qəsəbəsindəki 149 saylı orta məktəbdə kütləvi zəhərlənmə nəticəsində 15 şagird xəstəxanaya təxliyə olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Turana bildirilib ki, aprelin 18-də Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.

“Təcili tibbi yardım briqadaları tərəfindən 15 məktəbli (8-i qadın cinsi, 7-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin oksikologiya şöbəsinə təxliyə olunublar. Onlara zəruri tibbi xidmətlər göstərilib. 9 nəfər ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda 6 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir”.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyinin (AQTA) Mətbuat xidmətindən Turana bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. “Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Bənzər yazılar

Back to top button