Bizim seçimDünya

«Kuril adalarını Yaponiyaya vermək planımız yoxdur» – Putin

Rusiya Federasiyasının (RF) prezidenti Vladimir Putin bəyan edib ki, Rusiyanın Kuril adalarını Yaponiyaya vermək panları yoxdur. Bu barədə «Danışır Moskva» radiostansiyası xəbər verib. «Bizim belə planlarımız yoxdur» – Rusiya lideri qeyd edib.

Prezident bildirib ki, Moskvanın planlarında «Uzaq Şərqi, xüsusmilə də Cənubi Kurili inkişaf etdirmək» məsələsi yer alıb.

Xatırlatmağa dəyər – bundan əvvəl Yaponiyanın Baş naziri Sindzo Abe öz atasının məzarı üstündə söz verib ki, Moskva ilə Kuril problemini həll edəcək.

Bununla yanaşı, bu günlərdə o, Osakada keçiriləcək G20 sammitində (28-29 iyun) bu məsələ üzrə Putinlə danışıqlarda proqresə nail olacağına ümid etdiyini bildirib. (AzPolitika.info)

Bənzər yazılar

Back to top button