Bizim seçimİqtisadiyyatManşet

Neftqaztikinti trestində dövləti kimlər aldadır?

Neftin dünya bazarlarında qiymətinin ucuzlaşdığı dövrdən ciddi iqtisadi böhran yaranmağa başlayıb. Dünya çapında baş verən iqtisadi böhran hər bir neft istehsalçısı olan ölkəyə olduğu kimi, Azərbaycana da ciddi təsir etdi. Yaranmış real iqtisadi vəziyyəti önləməyə çalışan dövlət bir çox islahatlar həyata keçirməkdədir. Qeyd edək ki, bu islahatların tərkib hissəsi olaraq uzun illərdən bəri dövlətin böyük vəsaitləri hesabına fəaliyyət göstərən, bir çox hallarda fəaliyyətləri, statusları paralellik təşkil edən müəssisələr birləşdirilir, bəziləri isə birdəfəlik ləğv edilməkdədir.

Azərbaycanda böhranın fəsadlarının daha ağır olmasının digər səbəbi isə dövlətdən maliyyələşən idarə, müəssisə və rayon icra hakimiyyətlərinin müəyyən maxinasiyalara yol vermələri, rəsmi sənədlərdə qiymətlərin, hesabatların, xüsusən də tender dəyərləndirmələrinin real qiymətindən dəfələrlə baha qiymətlərlə göstərilməsi və yaxud icra olunmamasıdır.

Ölkəmizdə keçirilən tenderlərdə ciddi maxinasiyaların olması barədə yerli mətbuatda da xeyli yazılar tirajlanıb. Dəfələrlə Respublika Prezidenti İlham Əliyev cənabları rəsmi müşavirə və iclaslarda da bu faktı səsləndirərək aidiyyatı qurumların bu istiqamətdə ciddi araşdırma aparmasını tələb edib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Məhz dövlət başçısının bu tapşırığından sonra Hesablama Palatası nazirliklərdə, komitələrdə, rayon icra hakimiyyətlərində və dövlətdən maliyyələşən digər elmi-mədəni müəssisələrdə yoxlamalar aparmış, bu yoxlamaların böyük əksəriyyətində isə ciddi yeyinti faktları aşkarlamışdır. (Bu barədə Respublika Hesablama Palatasının rəsmi saytından məlumatlar əldə etmək olar).

AzToday.az qlobal.az-a istinadən xəbər verir ki, tikinti sahəsində ciddi pozuntulara, daha doğrusu maxinasiyaya yol verən qurumlardan biri də SOCAR-ın Neftqaztikinti trestidir. Belə ki, trestin SOCAR-a tabeli qurumlarda apardığı təmir və tikinti işlərində, xüsusən də bu obyektlərin fasad hissələrnin təmirində Çin istehsallı mallardan istifadə olunur. Ancaq rəsmi sənədlərdə bu mal və materialların Türkiyə, Almaniya və Yaponiya istehsalı kimi qeyd olunduğu iddia olunur.

Qeyd olunur ki, SOCAR-ın tabeliyində olan bir neçə müəssisələrin təxminən 4 min kvadrat metrlik fasad hissəsi Çin istehsallı alkopan materialı ilə üzlənilib.

Fasad hissələri keyfiyyətsiz materiallarla montaj olunan müəssisələr Astara qaz kompressor stansiyası, Sabunçu, Mehdiabad, Novxanı, Binəqədi qaz paylayıcı idarələri və Səngəçalda (Əzimkəndin yanında) yerləşən Qaz İdarəsinin inzibati binası və giriş hissələridir.

Saytımızın əldə etdiyi məlumata görə, bu obyektlərin 4 min kvadratmetrlik fasadı alkopan materialının ən sadə montaj üsulu ilə təmir olunub. Bu da ki, işin keyfiyyət əmsalını sıfıra endirir. Maraqlı məqamlardan biri də bu obyektlərdə müasir standartlara uyğun olan “dərz-band” sistemindən yox, sadə montaj üsulu- “H-profil”dən istifadə olunmasıdır. Buna səbəb isə istifadə olunan Çin istehsallı alkopan materialının keyfiyyətinin “dərz-band” qaydası ilə montaja imkan verməməsi və “H-profil” üsulu ilə montajın işçilik qiymətinin qat-qat ucuz olmasıdır.

Şübhəli məqamlardan biri də 4 min kvadratmetrlik fasadın alkopan örtüyünün vurulması zamanı işlənən dəmir materialının keyfiyyəti, həcmi və forması ilə bağlıdır. Alkopan materialının vuruş qaydalarına görə, hündürlüyü 6 metrdən artıq olan binalarda mütləq 40/40 mm-lik, qalınlığı isə 2.0 mm-lik olan qutu profillərdən istifadə olunmalıdır. Ancaq yuxarıda göstərilən fasad montajında 20/40 mm-lik, qalınlığı isə 0.07 mm-lik profillərdən istifadə olunub.

Digər məqam burada istifadə olunan fasad örtükləri (Alkopan) Çin Xalq Respublikasında istehsal olunub. Bu materialın kompozit hissəsinin tərkibi standart normativlərə qətiyyən uyğun deyil. Belə ki, ən adi və qısa yanğın zamanı bina bütövlüklə alovlana bilir. Bununla yanaşı həmin kompozit hissə keyfiyyətsiz olduğundan, daha doğrusu tələb olunan maddə və kimyəvi qatqıların norma qaydalarına uyğun olaraq vurulmadığına görə tempraturun yüksək olduğu zaman radiaktiv maddələr buraxır. Ki, bu da insanların həyatı üçün açıq-aşkar təhlükə mənbəyidir.

Neftqaztikinti trestinin Çin istehsalı olan alkopana üstünlük verməsinə səbəb isə bu materialın Türkiyə istehsalı olan materialdan dəfələrlə ucuz olmasıdır. Bu materialın Azərbaycanda bazarlarda faktiki satış qiyməti həmin zaman 9-11, indi isə 17-19 manat arasıdır.

Son illər ölkəmizdə və eləcə də dünyanın bir çox ölkələrində tikinti işlərini həyata keçirən SOCAR keyfiyyətə böyük önəm verir. Şirkətin inşa etdiyi bəzi dövlət əhəmiyyətli obyektlərə nəzər yetirdikdə də bunun şahidi olmaq olar.

Xatırladaq ki, Astara qaz kompressor stansiyası “Azəriqaz” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” tresti tərəfindən həyata keçirilib.

Qarşı tərəf də mövqe bildirə bilər.

Bənzər yazılar

Back to top button