Hadisə

Sabiq məmurlar və oğulları arasında nə baş verir? – üz-üzə gəldilər

Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun sabiq müşaviri və onun oğlu məhkəməyə verilib.

“Ölkə.az”ın məlumatına görə, Əliyev Toğrul Firon oğlu 2 nəfər və 2 şirkətlə bağlı iddia qaldırıb. Söhbət İbadov Şahin Sirac oğlu, İbadzadə Namiq Şahin oğlu, “Bakı Tikinti Konstruksiyaları” ASC və “Biznes Partnyor” MMC-dən gedir.

Məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – icarə müqaviləsi üzrə mübahisələrdir.

İşə hakim İlham Əhmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Ş.İbadov ötən il AAYDA-dakı vəzifəsindən azad olunub. N.İbadzadə isə Ş.İbadovun oğludur.

T.Əliyev isə Şəki şəhərinin icra başçısının sabiq müavini Firon Əliyevin oğludur. O, 2020-ci ildə Şəki şəhərindən deputatlığa namizədliyini irəli sürmüşdü.

Bənzər yazılar

Back to top button