Siyasət

“Bu, Qarabağda nizamlanma üçün yeganə real əsasdır”

“Rusiya, Azərbaycan və Ermənistanın Qarabağ üzrə üçtərəfli sazişləri vəziyyətin həlli üçün yeganə real əsasdır, onların həyata keçirilməsi zəruridir”.

Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz tərəflərin gərginliyin azaldılmasına gətirib çıxara biləcək və üçtərəfli sazişlərin həyata keçirilməsi istiqamətində gələcək irəliləyişə töhfə verəcək istənilən addımını alqışlamağa hazırıq”, – Peskov Azərbaycan və Ermənistan tərəfinin son bəyanatlarını şərh edərkən deyib.

Kreml sözçüsünə görə, üçtərəfli sazişlər indi nizamlanma üçün yeganə real əsasdır.

“Ona görə də biz bütün müddəaların icrası yolunda irəliləyişi mübahisəsiz və hamı üçün zəruri hesab edirik”, – deyə o yekunlaşdırıb.

Bənzər yazılar

Back to top button