İdman

FİFA Messi ilə bağlı araşdırmalara başladı

DÇ-2022-in 1/4 final mərhələsi çərçivəsində Niderland – Argentina matçını idarəedən hakim Matyu Lahoz FİFA tərəfindən evinə göndərilib.

Qaynarinfo-nun məlumatına görə DÇ-2022-də cəmi 4 oyun qaldığına görə FİFA təyinat vermək istəmədiyi hakimləri ölkələrinə göndərməyə başlayıb. Bunlardan biri də Niderland – Argentina matçında 15 futbolçuya sarı vərəqə göstərməsilə rekord qıran ispaniyalı ədalət təmsilçisi olub. Hansı ki, oyundan sonra argentinalılar onun idarəçiliyinə kəskin etirazlarını bildirmişdilər.

Penaltilər seriyasında Niderlandı məğlub edən Argentina millisinin superulduzu Lionel Messi açıqlamasında “Lahoz yaxşı hakim deyil və vəzifəyə hazır olmayan hakimlər belə matçlarda iştirak etməməlidir. Hakim haqqında danışmaq istəmirəm, çünki siz dürüst deyilsiniz. Danışanda, hər şey dəyişir və sənə qarşı sanksiyalar tətbiq edirlər. FİFA bunu nəzərə almalıdır. Onlar bacarmırlar. Belə vəziyyətlərdə yaxşı hakim tələb olunur, vəzifəyə hazır olmayan hakimə təyinat verməsinlər” – sözlərini söyləmişdi.

Yığmanın qapıçısı Emiliano Martinez isə “Niderlandın qol vurması üçün hər şeyi etdi. Davamlı olaraq cərimə meydançasına yaxın yerdən cərimə zərbələri verirdi. O, yararsız, pis hakimdir” – sözləri ilə diqqət çəkmişdi”

FİFA isə oyundan sonra hakimə təzyiq göstərən Messi və Martinezlə bağlı intizam araşdırmalarına başlayıb.

İspan referi sözügedən oyunda 15 sarı vərəqə göstərib. Bu dünya çempionatları tarixində futbolçulara ən çox sarı vərəqə göstərilən qarşılaşma olub.

Bənzər yazılar

Back to top button