Hadisə

Deputatla keçmiş sədr arasında məhkəmə çəkişməsi davam edir

Sabirabad rayon Kooperativ Cəmiyyətinin sabiq sədri Qardaşxan Hacıyevlə “Azərittifaq”ın sədri, deputat Eldar Quliyev arasında məhkəmə çəkişməsi davam edir.

“Qaynarinfo” xəbər verir ki, Qardaşxan Hacıyev yaş həddinə görə tutduğu vəzifədən azad edilib.

Lakin keçmiş sədrin fikrincə, Eldar Quliyev onu qanunsuz olaraq işdən çıxarıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

İşə bərpa tələbi ilə Səbail Rayon Məhkəməsində iddia qaldıran Qardaşxan Hacıyev məqsədinə nail ola bilməyib. Məhkəmə onun iddiasını əsassız hesab edib.

Qardaşxan Hacıyev qərardan apellyasiya şikayəti verib. Əldə etdiyimiz məlumata görə, onun şikayəti icraata götürülüb.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində Fuad Abdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.

“Azərittifaqı”ın sədri Eldar Quliyev 1993-cü ildən bu vəzifədədir.

O, eyni zamanda Azərbaycan Kooperasiya Universitetinin rektoru (2011-ci ildən) və II, III, IV, V və VI çağırış Milli Məclisin deputatıdır.

Bənzər yazılar

Back to top button