Siyasət

Ekspert: “Azərbaycanla İsrail arasında əməkdaşlığın intensivliyi İranın davranışından asılıdır”

Azərbaycanın İsraildə səfirliyinin açılması iki ölkə arasında münasibətləri daha yüksək səviyyəyə qaldırıb və yəhudi dövlətinin Xarici İşlər Nazirliyi rəhbərinin Bakıya səfəri bu tərəfdaşlığın intensivləşdirilməsinə yönəlib. Bu barədə Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Turan-ın müxbiri ilə söhbətində bildirib.

Onun fikrincə, onların gələcək inkişafı hərbi sahədə əməkdaşlığı da sürətləndirə bilər. “Bu, bizim üçün hərbi təhlükəsizlik baxımdan önəmlidir. Çünki bir çox ölkələr Azərbaycana silah satmırlar. İsrail də tək-tük ölkələrdən biridir ki, Azərbaycana keyfiyyətli və yüksək dəqiqlikli silah satır. Bu, Azərbaycanın hərbi təhlükəsizliyi baxımdan önəmli amildir”, – Qasımlı deyib.

Bununla yanaşı, İsrail ilə əməkdaşlığın xoşagəlməz məqamları da var. Bu, Azərbaycan-İran münasibətlərinə mənfi təsir edir. İndiyə qədər Azərbaycan hökuməti balansı qorumağa çalışsa da, 44 günlük müharibədən sonra vəziyyət dəyişdi”,- Qasımlı deyib.

Balans pozulub və Bakı həmin ölkələrə münasibətdə tutduğu əvvəlki balans siyasətindən uzaqlaşıb.

“Azərbaycan- İsrail münasibətlərinin perspektivi Bakı və Tehran arasında münasibətlərdən aslıdır. Əgər İran gərginliyi artırmağa davam edərsə, Azərbaycanla İsrail arasında münasibətlər daha da yaxınlaşacaq, o cümlədən hərbi və digər sahələrdə yüksək səviyyəyə çatacaq”,- Azər Qasımlı qeyd edib.

Bənzər yazılar

Back to top button