Hadisə

Cəbrayılda şirkət əməkdaşları 15 min avtomat gülləsi tapdılar

Cəbrayıl rayonu ərazisində yol çəkilişi zamanı Vətən müharibəsində erməni hərbçilərinin atıb qaçdıqları sursatlar aşkarlanıb.

AzToday.az “Report”a istinadla xəbər verir ki, tapıntı Cəbrayıl rayonu Hovuslu kəndi ərazisində qeydə alınıb.

Belə ki, ərazidə yol çəkilişi üçün geodeziya işləri aparan şirkətin əməkdaşları yaxınlıqda yeşiklərə yüklənmiş güllələr aşkarlayıblar.

Tapılan sursat “Kalaşnikov” (AK-47) üçün nəzərdə tutulmuş güllələr olub. Ümumilikdə tapılan yeddi dolu yeşiyin üzərində hər birinin içərisində 2 150 ədəd güllə olduğu bildirilir.

Şirkət əməkdaşları dərhal Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə əlaqə saxlayaraq ümumi sayı 15 000 ədəddən çox olan gülləni onlara təhvil veriblər.

Bənzər yazılar

Back to top button