İqtisadiyyat

Azərbaycanda işçilərin nə qədər kasıbladığı məlum oldu – Rəsmi rəqəmlər

Azərbaycanda istehlak qiymətləri insanların aldığı əmək haqqından daha çox artıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin yanvar-fevral aylarında istehlak mallarının qiyməti 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,9% bahalanıb.

Bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti daha çox – 17,3% artıb.
Lakin, eyni dövr ərzində, yəni bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla (əmək müqaviləsi) çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2% artıb.

Bu o deməkdir ki, 2022-ci ilin ilk 2 ayında 1000 manatlıq ərzaq alan hər hansı bir şəxs bu ilin ilk 2 ayında eyni miqdarda ərzağı həmin qiymətə ala bilməyəcək.

Belə ki, ötən ilin ilk 2 ayında dəyəri 1000 manat olan ərzaq bahalanaraq bu ilin ilk 2 ayında 1 173 manat (inflyasiya 17,3%) olub. Buna paralel olaraq ötən ilin ilk 2 ayında 1 000 manat əmək haqqı alan həmin şəxs bu ilin ilk 2 ayında 1 112 manat (artım 11,2%) alacaq. Nəticədə, həmin şəxs ötən ildən fərqli olaraq bu il 61 manat dəyərindəki məhsulu ala bilməyəcək.

Bənzər yazılar

Back to top button