Siyasət

Dövlət Departamentinin nümayəndəsi Qarabağla bağlı danışıqlara görə Yerevandan Bakıya gəlib

Aprelin 19-da ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson Bakıya ikigünlük səfərə gəlib.

ABŞ səfirliyinin məlumatında deyilir ki, səfər çərçivəsində o, prezident İlham Əliyev və digər rəsmi şəxslərlə görüşəcək.

“Olson ABŞ-ın regionun dinc, demokratik və firavan gələcəyinin təşviqinə sadiq olduğunu təsdiqləmək üçün Cənubi Qafqaz ölkələrinə səfər edir.

Onun missiyasında məqsəd həmçinin bu ilin fevralında Münhen konfransında Azərbaycan və Ermənistan liderlərinin ABŞ dövlət katibi Entoni Blinkenlə görüşləri və mart ayında telefon danışıqları fonunda Ermənistan və Azərbaycan arasında sülh prosesini təşviq etməkdir”, – məlumatda deyilir.

Xatırladaq ki, Olson Bakıya Yerevandan gəlib. Orada Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı Ermənistan rəhbərliyilə danışıqlar aparıb.(Turan)

Bənzər yazılar

Back to top button