GündəmManşetSiyasət

İcra başçısının anası yeni şirkət açıb (FOTO)

DSMF-də çalışan Yeganə Möhbalıyeva həm də deputat bacısıdır

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun anası Yeganə Möhbalıyeva “Rübabə” MMC adlı yeni şirkət açıb.

Bu ilin yanvarında qeydiyyatdan keçən şirkətin cəmi 10 manat nizamnamə kapitalı var.

Məlumatı araşdırmaçı jurnalist Həbib Müntəzir yayıb.

Hələ hansı işi görəcəyi bəlli olmayan şirkətin hüquqi ünvanı Seymur Orucovun və anasının qeydiyyatda olduğu Suraxanı rayonu, Zeynalov küçəsi ev 35-də yerləşir.

Yeganə Möhbalıyeva təkcə icra başçısının anası deyil, həm də Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin bacısıdır.

O, eyni zamanda Sosial Müdafiə Fondunun (DSMF) 2 saylı Xidmət Nümayəndəliyinin (Xətai rayonu) direktor müavini vəzifəsində çalışır.

Səttar Möhbalıyevin xanımı Böyükxanım Mirzə qızı Möhbalıyeva onun rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır.

Deputatın qızı Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür.

Səttar Möhbalıyev həm də prezidentin sabiq köməkçisi Əli Həsənovun qudasıdır.

Bənzər yazılar

Back to top button