İqtisadiyyat

BNA Yerüstü Nəqliyyat Agentliyinin balansına verildi

Nəqliyyatla bağlı digər məsələlərə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi baxacaq

“Bakı Nəqliyyat Agentliyi” (BNA) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilib.

Bu barədə aprelin 19-da Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanda qeyd olunub.

Fərmana görə, Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil ediləcək.

Sənədə əsasən, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.

Nazirlər Kabinetinə tapşırılıb ki, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etsin.

“Bakı Nəqliyyat Agentliyi” 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb.

1 il sonra Prezidentin fərmanı ilə “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi əsasında “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılıb.

2018-ci ilin aprelində dövlət başçısının fərmanına əsasən Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi təsdiq olunub.

Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat

Bənzər yazılar

Back to top button