İdman
Messinin qayıtması üçün La Liqanın şərtləri: Tebas açıqladı

İspaniya La Liqasının prezidenti Xavyer Tebas PSJ-nin argentinalı hücumçusu Lionel Messinin “Barselona”ya qayıtması ehtimalına münasibət bildirib.
“Biz hələ də “Barselona”dan texniki-iqtisadi plan gözləyirik. Bunun baş verməsi üçün çox səy göstərməlidirlər.
Onlar, əlbəttə ki, oyunçuları sata bilərlər, lakin hələ bir neçə oyunçunu da qeydiyyatdan keçirməlidirlər”, – Tebas bildirib.
Daha əvvəl “Barselona”nın prezidenti Joan Laporta Messinin tezliklə yenidən Kataloniya klubunda oynayacağını bildirmişdi.
Messi 2005-2021-ci illərdə “blauqrana”da çıxış edib. 35 yaşlı Messinin PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.