Cəmiyyət

Deputatın qızının yazısı “copy-paste” çıxdı – Nöqtə, vergülünə belə toxunmadan oğurlanıb

Ana Vətən Partiyası sədrinin Humanitar və kommunikasiya məsələləri üzrə müşaviri Günay xanım Ağamalının mətbuatda dərc olunan “Zəfərin ilk müjdəsi: Azərbaycan əsgərinin “Aprel dərsləri” yazısı plagiat çıxıb. Belə ki, yazıda bir il öncə çap olunmuş Könül Aypara və Məhəmməd Nərimanoğlunun (“Azərbaycan” qəzeti) müəllifi olduğu yazının abzasları olduğu kimi, hətta nöqtə, vergülünə toxunulmadan olduğu kimi, kopyalanıb… Aprel döyüşü kimi həssas mövzuda belə yanaşmanı Günay xanıma heç yaraşdıra bilmədik. Xatırladaq ki, Günay Ağamalı, deputat Fəzail Ağamalının qızıdır…

Yazını olduğu kimi oxucuların ixtiyarına buraxırıq…

AzToday.az Dovrunnabzi.az-a istinadən həmin mətini təqdim edir:

Zəfərin ilk müjdəsi: Azərbaycan əsgərinin “Aprel dərsləri”

Tarixin döyüş və zəfər salnaməli səhifələri az olmayıb. Müharibənin yazılmış və yazılmamış qanunları var. Əsas hədəfə – strategiyaya nail olmaq üçün döyüşlərin müəyyən məqamında taktiki gedişlər dəyişilir, yəni düşmənin başını cəbhənin bir yanında qatıb, digər istiqamətdən həmləyə keçilir. Müharibə ciddi hazırlıq döyüşlər vaxtı özünü göstərir: hər addımda ya məğlibiyyət, ya da qələbə əzmi hiss edilir.Ermənistanın 1988-ci ildən Azərbaycana qarşı qeyri-qanuni ərazi iddiaları ilə bağlı başladığı elan olunmamış müharibə xalqımıza mənəvi, yenicə müstəqilliyini bərpa etmiş dövlətimizə isə arxadan vurulan zərbə oldu. Xalq o ağır günlərdə Ulu Öndər Heydər Əliyevi heç də təsadüfi yerə köməyə çağırmırdı. Ümummilli Lider gəldi, həm də necə?! Cəbhənin Füzuli istiqamətində gedən ağır döyüşlər zamanı səngərə, hər qarış Vətən torpağının azad edilməsi uğrunda ölüm-dirim savaşına atılan, təcrübəsiz olsa da, xüsusən də Ulu Öndərin siyasətinə güvənən Azərbaycan əsgərinin əks-hücuma keçməsi həlledici rol oynadı. Həmin istiqamətdə ordumuz düşmənə “öz yerini göstərdi” – xeyli ərazi, Horadiz də daxil olmaqla, düşmən əsarətindən xilas edildi. Bu hücuma tab gətirməyən Ermənistan havadarlarını köməyə, atəşkəs elan etməyə çağırdı. Beləliklə, 1994-cü ildən atəşkəs elan edildi. Buna baxmayaraq, riyakar Ermənistan özünün təcavüzkar və işğalçılıq siyasətinə son qoymadı, hər gün ön cəbhədə atəşkəs rejimini pozaraq, hətta dinc əhalimizə – uşaqlara, qoca və yaşlılara atəş açmaqdan çəkinmədi. Görünür, “Aprel zəfəri” üçün “burunları gicişirdi”.2 aprel 2016-cı il münaqişə və müharibə şəraitində olan tərəflərin hərb tarixinə müxtəlif rəngdə yazıldı:

Azərbaycana qalibiyyət, Ermənistana isə məğlubiyyət dərsi! Erməni təcavüzkarlarının növbəti atəşkəs rejimini pozmaq cəhdi 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə baş verdi. Gün ərzində Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri erməni silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Nəticədə 2 dinc sakin öldü, 10 nəfər yaralandı, infrastruktur obyektləri zədələndi, evlər dağıdıldı, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəydi. Bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirləri həyata keçirildi. Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, Seysulan məntəqəsi və Füzuli rayonu istiqamətində yerləşən “Lələtəpə” adlandırılan yüksəklik düşməndən azad edildi. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.Hərbi əməliyyatlar zamanı ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis-texniki qurğuları məhv edildi, 320 döyüşçüsü öldürüldü və 500-dən artıq erməni döyüşçü isə ağır yaralandı.Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalinin təhlükəsiz yaşaması mümkünləşdi. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işləri görüldü. Bu məqsədlə ölkə başçısı cənab İlham Əliyev 24 yanvar 2017-ci il tarixində “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrıldı.Cocuq Mərcanlı Böyük Qayıdışın başlanğıcını qoyduƏslində, bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirdi. Hadisələr bir daha təsdiqlədi ki, işğalçıya yerini göstərmək üçün ən yaxşı təsir vasitəsi gücdür. Həmin döyüşlərdən sonra Ermənstan silahlı qüvvələrində çaxnaşma yarandı. Müdafiə naziri Seyran Ohanyan tutduğu vəzifədən azad edildi, işğalçı orduya rəhbərlik edən şəxslərin xeyli hissəsi işdən qovuldu. Bu hadisə işğalçı ordu və onun havadarları barəsində yaradılan mifi dağıtdı. Nəhayət, Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini işğal altında saxlayan Ermənistanın əsl mahiyyəti üzə çıxdı.Aprel döyüşlərindəki məğlubiyyətdən sonra erməni təbliğatçıları Ermənistan cəmiyyətində ruh yüksəkliyi yaratmaq üçün Türkiyə və Azərbaycan torpaqlarına iddialarını bir daha açıq formada göstərdilər. Ancaq bununla belə, Azərbaycan ordusunun apardığı hərbi əməliyyatlardan sonra Ermənistanda Rusiyaya qarşı çıxışlar da artdı. Yerevanda və Los-Ancelosda ermənilər Rusiya əleyhinə aksiyalar keçirdilər. Həmin aksiyada “İşğalçı Rusiya Ermənistanı tərk et!”, “Rusiya imperiyadır!” şüarları səsləndi. Hadisələrdən sonra rəsmi Moskva Yerevanın və bütövlükdə ermənilərin könlünü almaq üçün Ermənistan ordusuna 100 milyon dollarlıq kredit verdi. Hətta Ermənistanda “İskander” zenit-raket kompleksini də yerləşdirdi.Aprel zəfəri Azərbaycan ictimaiyyəıtində geniş rezonanas doğurdu. Hər kəs bu qələbəninin əldə olunmasına sevinməklə yanaşı, onun təbliğinə də ciddi ehtiyac duydu. Bu, böyük Qələbənin ən mühüm şərtlərindən biridir. Mədəniyyət Nazirliyi ilə Milli Kitabxanının birgə layihəsi ilə 2017-ci ildə “Hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində Aprel döyüşlərinin rolu” adlı kitabın nəşri də təsadüfi deyildi. Təqdim edilmiş vəsaitdə Qarabağ müharibəsi, Aprel döyüşləri haqqında qısaca məlumat verilib, kitabxanalarda hərbi-vətənpərvərlik tərbiyəsinin təbliğində müvafiq tədbirlərin keçirilməsinə kömək məqsədilə tövsiyələr əks etdirilib. Əlavə olaraq rəsmi sənədlər, Aprel döyüşlərində həlak olmuş şəhidlərin siyahısı, istifadə olunmuş ədəbiyyat verilib.24 il sonra erməni canilərindən, erməni faşistlərindən alınan o torpaqlara ayaq basmaq şərəf idi! O torpaqlarda Xocalıda şəhid olmuş analarımızın, bacılarımızın səsləri daşlaşıb axı!Şanlı bir zəfər!24 il sonra ermənilərə böyük bir zərbə vuruldu!Ermənistan tərəfi yüzlərlə itki vermişdi. 4 gün davam edən döyüşlərdə Azərbaycan tərəfi gücünü göstərmişdi. Ermənistanı qorxu bürümüşdü. Çünki Azərbaycan ayağa qalxmışdı. Bütün gənclər küçələrə axışmışdı. Hamısının gözündə bir cihad vardı. Aprel döyüşləri sübut etdi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistanı və havadarlarını Azərbaycan hərbi yolla cəzalandıra, işğalçı siyasətdən çəkindirə bilər. İşğal olunmuş torpaqlarını qanı bahasına da olsun geri qaytarma gücünə malikdir!Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Bunu ölkə rəhbərimiz, Ali Baş Komandan İlham Əliyev də öz çıxışında vurğuladı: “Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Döyüşlər zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərmişlər. Bir daha göstərmişlər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır.”

Günay AĞAMALI,

Ana Vətən Partiyası sədrinin Humanitar və kommunikasiya məsələləri üzrə müşaviri

Bənzər yazılar

Back to top button