GündəmHadisə

Həkimlər Qazimizə qulluqdan imtina ediblər? – Video

23 yaşlı Orxan Quliyev hərbi xidməti bitirib evə qayıtmağına 6 ay qalmış başlayan İkinci Qarabağ müharibəsində yaralanıb. O deyir ki, müharibənin ortalarına doğru ayağından qəlpə yarası alaraq Bakıya hospitala əməıiyyata, 14 gündən sonra isə ayağı sağalmamış təkrar döyüşə göndərilib.

Artıq iki aydır ayağındakı şiş səbəbilə yatağa məhkum olmuş müharibə veteranı Orxan Quliyev deyir ki, ailəsi dövlət qurumlarına müraciət etsə də, ona yardım edən olmayıb.

Hazırda Orxan Quliyevə ailənin xahişi ilə yaşadıqları Azadkəndin tibb bacısı xidmət edir.

Onun ailə üzvləri bizə dedilər ki, təcili tibbi yardım və yerli xəstəxanalardakı tibb işçiləri Orxanın yarasına qulluq etməkdən imtina ediblər.

Ailənin sözlərinə görə, onun yarasının sarğısı hər gün dəyişdirilməlidir və buna gündə 30 manat vəsait xərclənir.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat xidmətindən BBC-yə bildiriblər ki, əlilliyin qiymətləndirilməsi aidiyyəti qurumlar tərəfindən vətəndaşla bağlı müvafiq sənədlər təqdim edildiyi halda həyata keçirilir.

“Quliyev Orxan Cümşüd oğluna aid əlilliyin qiymətləndirilməsi ilə bağlı qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən F88 sənədi Əlillik altsisteminə daxil edilməyib”.

Qurum bildirib ki, “tibb müəssisəsinin həkimləri tərəfindən şəxslə bağlı yeni göndəriş rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək”.

Sabirabad Rayon Təcili Tibbi Yardımdan BBC-yə bildiriblər ki, bu həftə qaziyə göndəriş verilərək, Bakıya göndərilib.

Bənzər yazılar

Back to top button