İqtisadiyyatSiyasət

Ermənistanda enerji böhranı: Qiymət yenidən artacaq

Hazırda Ermənistan enerji böhranı ilə üz-üzədir. Enerji ixrac edən ölkə idxalçıya çevrilib. Metsamor Atom Elektrik Stansiyası düz 2 aydır ki, fəaliyyət göstərmir. Rəsmilər buna səbəb kimi AES-nin fəaliyyətinin daha 10 il uzadılmasını göstərirlər.

Ermənistanın enerji siyasətinin olmaması səbəbindən son 3 ildə enerji proqramları ya icra olunmayıb, ya da iflasa uğrayıb. İndiki hakimiyyətin enerji sektorunda nə istədiyi bəlli deyil. İqtidar Rusiya ilə enerji münasibətlərini korlayıb və lazımi potensialı yarada bilməyib. İlk növbədə Ermənistandan elektrik enerjisi ixracına imkan yarada bilməyilər. Xüsusən də Energetika Nazirliyinin ləğ edilməsi ölkənin ciddi problemlərlə üzləşməsinə səbəb olub.

Ermənistanın istehsal etdiyi enerji artıq daxili tələbatı ödəmir. Reaktor bir ildi təmir olunur və yenidən işə salınması qeyri-müəyyən müddətə dayandırılıb. Zamanında Gürcüstana elektrik ixrac edən Ermənistan hazırda enerjini məhz bu ölkədən alır. Cənub qonşusu İrandan isə Ermənistana elektrik enerjisi idxal olunmur. Hazırda SES-in (Su Elektrik Stansiyası) 5-ci enerji blokunun da fəaliyyəti dayandırılıb.

Baxmayaraq ki, ixrac üçün nəzərdə tutulan imkanlar mövcuddur. Lakin Ermənistanın bazarı çox kiçik və kommersiya baxımından cəlbedici deyil. Erməni ekspertləri düşünürlər ki, əgər hökümət ixrac imkanları, yüksək gərginlikli sistemləri qursa, onda bu sahədə cəlbedici tərəflər olacaq.

Zamanında üçüncü Ermənistan-İran HEÖX-in (hava elektrik ötürücü xətti) tikintisi ilə bağlı razılaşma imzalanmışdı ki, bu da İrana enerji ixracını 3, hətta 4 dəfə artırmaq imkanı verəcəkdi. Lakin xəttin tikintisi uğursuzluğa düçar oldu. 2019-cu ildə istifadəyə verilməsi planlaşdırılsa da, cəmi 30%-i tikildi və məxməri inqlabdan sonra Gürcüstan və Rusiya ilə bağlı danışıqlar prosesi masada qaldı, bu sahədə heç bir addım atılmadı. Ona görə də Ermənistanda yaxın zamanlarda elektrik enerjisinin bahalaşması istisna edilmir. Hüquqi şəxslər üçün elektrik enerjisi artıq bir dəfə bahalaşıb, gələcəkdə də bahalaşacağı gözlənilir.

Ermənistan-İran hava elektrik ötürücü xəttinə oxşar daha bir imzalanmış proqram var idi. Belə ki, Rusiya-Gürcüstan-İran “Şimal-Cənub” elektrik sisteminin inşası nəzərdə tutulurdu. Plana əsasən Gürcüstan və Rusiyaya Gürcüstan üzərindən ixrac həcmləri artacaqdı..

Hazırda çıxış yolu olmayan Ermənistanın bir çuxura düşdüyünün şahidi oluruq…

Telan Qasımov
Hərbi-siyasi ekspert

Bənzər yazılar

Back to top button