Dünya

ABŞ yarım milyard dollardan çox Rusiya aktivlərini müsadirə edib

ABŞ-ın Ədliyyə Nazirliyi Rusiyanın təcavüzünün dəstəklənməsinə və ABŞ-ın iqtisadi sanksiyalarından yayınmaya görə Rusiya oliqarxlarına məxsus yarım milyard dollardan çox aktivə həbs qoyub, bu barədə çərşənbə günü Bayden Administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.

“Biz sanksiyalardan yayınmaqda, ixrac nəzarətini pozmaqda, çirkli pulların yuyulmasında və digər cinayətlərdə ittiham olunan 30-dan çox şəxsə qarşı ittiham irəli sürmüşük”, deyə ABŞ baş prokurorunun müavini Liza Monako Senatda çıxışında bildirib.

O, Ədliyyə Nazirliyinə təkcə sanksiyaları pozanların pullarına həbs qoymaq deyil, həm də bu vəsaiti Ukraynanın bərpasına yönəltmək səlahiyyəti vermək xahişi ilə Amerika qanunvericilərinə müraciət edib.

“Rusiya Ukraynada hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törədib. Biz hərbi cinayətkarların təcavüzə və törətdikləri vəhşiliklərə görə məsuliyyətdən yayınmasına imkan verə bilmərik”, deyə o bildirib.(Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button