Siyasət

Bu cür dövlət başçıları heç kimdən qorxmaya bilər – Zərdüşt Əlizadənin şərhi

“Bayden prezidentlik dönəmində Obamanın dövründəki siyasəti davam etdirəcək”.

Bu sözləri politoloq Zərdüşt Əlizadə Bayden dönəmində ABŞ və Rusiya münasibətlərini Qaynarinfo üçün şərh edərkən bildirib.

Onun sözlərinə görə, Bayden Trampdan fərqli siyasət apacaq:

Baydenin prezidentlik dönəmində ABŞ-ın xarici siyasətinin ciddi şəkildə dəyişəcəyini gözləmirəm. Fövqəladə hadisənin baş verməsi üçün əsas da yoxdur. ABŞ prezidentlərinin siyasəti Amerikanın böyük imkanları çərçivəsində həyata keçirilir. Tramp bir qədər fərqli siyasət yürüdürdü, müttəfiqləri ilə hesablaşmırdı. Hesab edirəm ki, Bayden əskinə müttəfiqləri ilə yaxın əlaqələr qurmağa çalışacaq və Tramp qədər ətrafındakı qab-qacağı sındırmayacaq. Amerikanın siyasətində fərqli nəsə olacağını düşünmürəm.

Rusiya ilə münasibətlərdə də Amerikanın siyasəti ciddi şəkildə dəyişməyəcək. Rusiyaya nə olubsa, olub. Rusiya 12 ildir Putin və dəstəsinin idarəetməsindən əziyyət çəkir. Rusiyaya nə edilibsə, onu Putin və dəstəsi edib. Amerika belə vəziyyətdə Rusiyaya nə edə bilər ki? Sanksiyalar qoyur, Rusiyanın vecinə deyil, texnoloji gerilik artır, Rusiyadan pullar sel kimi Qərbə axır, yenə də Putinin vecinə deyil. Əgər bir dövlət başçısı xalqının və dövlətinin qayğısına qalmırsa, heç kəsdən qorxmaya bilər”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Cozef Baydeni ABŞ-ın yeni prezidenti seçilməsi məsələsinin rəsmiləşməsindən sonra təbrik edib.

Bənzər yazılar

Back to top button