Hadisə

Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyevin şikayətini təmin etməyib

Avqustun 28-də Bakı Apellyasiya Məhkəməsi İctimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına keçirilməsindən imtina ilə əlaqədar verdiyi şikayəti təmin etməyib. Bu barədə vəkil Aqil Layıc bildirib.

Onun sözlərinə görə, Hacıyev 2020-ci ildə 44 günlük müharibə zamanı Soros Fondu tərəfindən ayrılan vəsaiti guya mənimsəməsi haqqında iddialara münasibət bildirib. Hacıyevin pulun bir hissəsini mənimsədiyi iddia edilirdi.

“Orduya yardım kampaniyası bizim əsgərlərə dəstək üçün vəsait toplayan vətəndaşlarımız hesabına keçirilirdi. Çətin anda ordunun yanında olan vətəndaşların həmrəyliyinə kölgə salmaq ləyaqətsizlikdir”, deyə Hacıyev bildirib.

* Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb və ictimaiyyət nümayəndələrinin təkidli müraciətlərindən sonra dekabrın 28-də aclığı dayandırıb. Yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun azadlığa buraxılmaq xahişini təmin etmədikdən sonra o, aclığı bərpa edib və aksiyanın 51-ci günündə aclığı dayandırıb.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (qaçaqmalçılıq) mmaddələri ilə ittiham irəli sürüb.

Yeni ittihamlar Bəxtiyar Hacıyevin qrant alması və onu təyinatı üzrə xərcləməməsi ilə bağlıdır.

ABŞ Dövlət Departamentinin, ABŞ Helsinki Komissiyasının, Avropa İttifaqının, Avropa Şurasının və bir sıra beynəlxalq QHT-lərin nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad edilməsini tələb ediblər.(Turan)

Bənzər yazılar

Back to top button