GündəmSiyasət

Amerikalı vasitəçilər bir həftədir Bakı və Yerevan arasında məkik toxuyurlar

Aprelin 20-də Ermənistanın baş naziri Nikol Paşinyan Qafqazda danışıqlar üzrə baş məsləhətçi Luis Bono ilə Bakı və Qarabağ arasında danışıqlar mexanizmini müzakirə edib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatında deyilir.

Paşinyan ABŞ administrasiyasının regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üzrə səylərinin vacibliyini qeyd edib və Ermənistan tərəfin mövcud problemlərin nizamlanması ilə bağlı yanaşmalarını təqdim edib.

“Paşinyan Dağlıq Qarabağ xalqına və Ermənistanın ərazi bütövlüyünə qarşı təcavüzkar siyasəti və hərbi ritorikanı yolverilməz adlandırıb”, deyə məlumatda bildirilir.

“Azərbaycanın Laçın yolunu bağlaması ilə əlaqədar yaranmış humanitar böhran” fonunda Qarabağdakı vəziyyət, habelə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və regional nəqliyyat infrastrukturlarının açılması məsələləri müzakirə olunub.

Qeyd edək ki, bu həftənin əvvəlində Ermənistan hakimiyyəti bu məsələləri ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson ilə müzakirə edib. Bundan sonra o, eyni missiya ilə Bakıya gəlib və dünən İlham Əliyevlə danışıqlar aparıb.

Luis Bono bu həftənin əvvəli Bakıda səfərdə olub və artıq üç gündür Yerevandadır.

Göründüyü qədər, amerikalı vasitəçilər təşəbbüsü ələ alıblar və Bakı və Yerevanın sülh müqaviləsinin bağlanması ilə bağlı mövqelərinin razılaşdırılması üzrə işi əlaqələndirirlər.(Turan)

Bənzər yazılar

Back to top button