İdman

“Barselona” və “Real” bu futbolçu uğrunda savaşır

“Barselona” və “Real” eyni futbolçu uğrunda mübarizə aparır.

Fanat.Az xəbər verir ki, iki İspaniya nəhəngi “İnter”in 24 yaşlı ulduzu Milan Skriniarı heyətinə qatmaq istəyir. Hər iki klub yayda slovakiyalı stoperi heyətinə qatmağa çalışır.

Məsələ ilə bağlı açıqlama verən Skriniarın agenti Mitat Halis “6 ay əvvəl “Mançester Siti” Skriniar üçün 55 milyon avro təklif etmişd. İndi dəyəri 100 milyon avrodu” deyərək transfer xəbərini dolayısıyla təsdiqləyib.

Qeyd edək ki, Skriniar 2017-ci ilin yayında “Sampdoriya”dan “İnter”ə 28 milyon avroya transfer olunmuşdu. 24 yaşlı slovakiyalı mərkəz müdafiəçisi bu mövsüm 36 rəsmi oyunda forma geyinib.

Bənzər yazılar

Back to top button