Hadisə

Zabrat qəbiristanlığında vandalizmdə şübhəli bilinən şəxs saxlanılıb

Polis əməkdaşları Bakının Sabunçu rayonunda qəbiristanlıqda vandalizm aktı törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar. Bu barədə cümə axşamı Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin yaydığı birgə bəyanatda deyilir.

Saxlanılan şəxs 34 yaşlı Seymur Daxilovdur. “Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri intensiv tədbirlər nəticəsində aprelin 16-dan 17-nə keçən gecə Seymur Daxilovun qəbiristanlığa gələrək məzar daşlarına və plitələrə ziyan vurduğuna, məzar daşlarını və lövhələri dağıtdığına şübhə üçün əsaslar müəyyən edilib”, – məlumatda bildirilir.

O, öz hərəkətlərini qəbiristanlıqda təmir işləri aparması ilə izah edib. Lakin ona ödəniş etməkdən imtina ediblər və o “qəzəblənərək” qəbirləri dağıdıb, məzar daşlarına ziyan vurub.

Seymur Daxilov Azərbaycan Cinayət Məcəlləsinin 245-ci maddəsilə (qəbir üzərində təhqiredici hərəkət) təqsirləndirilən şəxs qismində cəlb edilib, məlumatda deyilir.

Aprelin 18-də sosial şəbəkələrdə Bakının Zabrat qəsəbəsində əsasən rusların dəfn edildiyi qəbiristanlıqda məzar daşlarının dağıdılmasna dair video yayılıb.

Bənzər yazılar

Back to top button