GündəmManşetSiyasət

Qarabağ separatçıları: Moskva bizi aldadıb

Azərbaycanın Laçın rayonunun girişində nəzarət-buraxılış məntəqəsi qurması ilə əlaqədar bazar günü Qarabağda “Təhlükəsizlik Şurasının təcili iclası” keçirilib.

İclasın yekunlarına görə qəbul olunan bəyanatda Rusiyanın 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar məyusluq və etiraz ifadə olunub.

Separatçılar hesab edirlər ki, Rusiya “Arsax xalqının təhlükəsizliyinə zəmanət və Azərbaycanın Laçın dəhlizində buraxılış məntəqəsi qurmasının qəbuledilməzliyi” haqqında vədlərini yerinə yetirməyib.

Nəzarət-buraxılış məntəqəsinin qurulması nəticəsində Qarabağ əhalisi tamamilə Azərbaycanın girovuna çevrilib və etnik təmizləmə riski artıb, deyə bəyanatda bildirilir. Separatçılar “mühasirənin qaldırılması” məsələsini həll etmək, Laçındakı nəzarət-buraxılış məntəqəsini yığışdırmaq və Qarabağ əhalisinin təhlükəsizliyi problemlərini həll etmək çağırışı ilə Rusiyaya müraciət ediblər.(Turan)

Bənzər yazılar

Back to top button