Siyasət

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlıq haqqında saziş imzalayıb

Aprelin 24-də müdafiə naziri Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze ilə görüşüb.

Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib.

Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin və işçi görüşlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb.

Geniş tərkibdə keçirilən görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb, xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Bənzər yazılar

Back to top button