İdman

Klopp: “Qvardiola yaraşıqlıdı, mən isə qatilə bənzəyirəm”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “FourFourTwo” dərgisində komediya ustası Con Bişopa müsahibə verib.

Fanat.Az xəbər verir ki, alman mütəxəssis oyun zamanı həycanlı hərəkətləri ilə bağlı sualları cavablandırıb.

“Meydanın kənarında necə davranmalı olduğumu heç düşünməmişəm. Onlar həmin an olur. Olduğum kimiyəm. İnsanların mənim haqqımda nə düşündüyünə o qədər də fikir vermirəm. Onların mənim taktika dahisi olmadığımı düşündüyünü bilirəm. Çünki taktika dahisi olmaq üçün həddən səbirsizəm. Duyğu dolu adamam” deyə Klopp bildirib.

Həm dostu, həm də Premyer Liqada rəqibi olan “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola barədə də danışan Klopp zarafat edib: “Qvardiola da səbirsizdi, amma həddən artıq deyil. Qışqıranda belə yaraşıqlı görünür. Pep hər zaman yaraşıqlıdı. Geyimi, vücudu, hər şeyi möhtəşəmdi. Mən isə qışqıranda serial qatilə oxşayıram. Dişlərim də hər zaman üzümdə açıq şəkildə görünür. Uşaqlara da “çox şirinsən” deyər kimi baxıram, amma əsasən ağlamağa başlayırlar”.

Bənzər yazılar

Back to top button