Siyasət

ABŞ keçmiş sovet respublikalarının suverenliyilə bağlı fikirlərə görə Çini tənqid edib

Bayden Administrasiyası Çini keçmiş sovet respublikalarının beynəlxalq münasibətlərdə suverenliyinin olmaması fikrindən daşınmağa çağırıb. Bu fikri daha öncə Çinin Parisdəki səfiri səsləndirib, odur ki, Pekin öz diplomatının bu cür bəyanatlarına görə məsuliyyəti öz üzərinə götürməlidir.

Çinin Parisdəki səfiri Lu Şaye ötən həftə Fransa televiziyasına müsahibəsində deyib ki, “keçmiş SSRİ ölkələrinin beynəlxalq hüquqda faktiki statusu yoxdur, çünki onların suveren statusunu təsdiqləyən beynəlxalq saziş yoxdur”.

Bir neçə gün sonra Pekin bildirib ki, keçmiş Sovet İttifaqı respublikalarının suverenliyinə hörmətlə yanaşır.

“Biz istərdik ki, onlar bu cür əhval-ruhiyyədən uzaq olsunlar”, – Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi Çin səfirinin şərhlərilə bağlı Turan-ın sualına cavabında deyib.

Rusiya və Çin getdikcə daha çox oxşar fikirlər bildirirlər ki, bu, ABŞ-ın mövqeyinə uyğun deyil və təkcə Avropada yox, həm də bütün dünyada sülhə və təhlükəsizliyə xidmət etmir, – Kirbi qeyd edib.

Heç kim Putinin Ukraynada müharibə aparmasına kömək etməməlidir, söhbət təkcə hərbi əməliyyatlardan getmir, həm də ölkələrin suverenliyini, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit edilmiş ideyaları sual altına almaq cəhdlərindən gedir.

Turan-ın “Bayden administrasiyası Vaqner qrupundan olan rusiyalı muzdluları Konqresin tələb etdiyi kimi “terrorçular” elan etməyi planlaşdırırmı?” sualının cavabında Kirbi deyib: “Biz onları necə məsuliyyətə cəlb edəcəyimiz, cənab Priqojin və onun muzdlularının Ukraynada və bütün dünyada törətdikləri vəhşilikləri necə ifşa edə biləcəyimizlə bağlı variantları nəzərdən keçiririk. Onu məsuliyyətə cəlb etmək üçün səlahiyyətlərimiz və vasitələrimiz var və biz bunu edəcəyik”, – o, fikrini yekunlaşdırıb.

Bənzər yazılar

Back to top button