GündəmManşetSiyasət

Parlamentin İntizam komissiyası “Vahid Əhmədovun məsələsinə” baxacaq

Milli Məclisin İntizam komissiyası deputat Vahid Əhmədovun jurnalist Mehman Hüseynova müsahibəsilə bağlı məsələyə baxacaq. Bu barədə qərar aprelin 25-də plenar iclasda qəbul edilib.

Həmin müsahibədə Əhmədov bəzi deputatların qanunu pozaraq bizneslə məşğul olduqlarını bildirib, hökumətin fəaliyyətini tənqid edib. Bu səbəbdən həmkarlarının tənqidlərinə tuş gəlib.

Bu, deputatların narazılığına səbəb olub və bu gün onlar qəzəbli çıxışlarla Əhmədovun üstünə düşüblər.

Onlar Əhmədovun Hüseynova müsahibə verməsini düzgün hesab etməyiblər.

Şərh üçün Əhmədovla əlaqə saxlamaq mümkün olmayıb.

Lakin parlamentin bugünkü iclasında deputat bildirib ki, “bütün suallara”cavab verməyə hazırdır.

Bənzər yazılar

Back to top button