Hadisə

İrandan gələn yük maşınında 500 kiloqram heroin aşkarlanıb

Aprelin 22-də Naxçıvan Muxtar Respublikasının “Culfa” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Niderlanda gedən yük maşını saxlanılıb.

Yükün yoxlanılması zamanı xidmət iti narkotik maddənin qoxusunu alıb. Sonrakı yoxlama zamanı boya adı altında plastik konteynerlərdə qablaşdırılmış təxminən 500 kiloqram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır, Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir.

Bənzər yazılar

Back to top button