Dünya

Rusiyadan halal: Ruslar islam dünyasını necə təəccübləndirəcəklər?

Mayın 18-19-da Tatarıstanın paytaxtı Kazanda “Rusiya – İslam Dünyası: KazanForum” 2023-cü il XIV Beynəlxalq İqtisadi Forumu çərçivəsində islam yeməklərinin hazırlanması üzrə aparıcı aşpazların müsabiqəsi, ən son məhsul və xidmətlərin sərgisi keçiriləcək.

Rusiya – İslam Dünyası Beynəlxalq İqtisadi Forumunun (KazanForum 2023) xarici mətbuat xidmətinin yaydığı məlumata görə, Forumun əsas tədbiri Rusiyanın ən böyük Halal standartlarına uyğun investisiya və infrastruktur layihələri sərgisi, beynəlxalq işgüzar əlaqələr və əməkdaşlıq platforması olan “Russia Halal Expo” olacaq.

Məlumatda deyilir ki, Forumda Halal sənayesinə bir sıra sessiyalar həsr olunacaq. Mütəxəssislər qlobal ərzaq bazarının Halal standartları üzrə inkişaf tendensiyalarını, istehlakçıların üstünlüklərinin transformasiyasını, Rusiya Federasiyasından ət, süd, qənnadı məmulatları və digər halal məhsulların tədarükü xüsusiyyətlərini və perspektivlərini müzakirə edəcəklər. Həmçinin məsələlər arasında: müasir mütəxəssislərin hazırlanması sisteminin formalaşdırılması və turizm sahəsinin Halal standartlarına uyğun inkişafı – Rusiya regionlarında turizmin yeni istiqaməti.

Məlumata görə, 19-21 may tarixlərində Russia Halal Market beynəlxalq halal sənaye yarmarkası Forumun qonaqları üçün açıq olacaq – həm ailə ziyarətləri, həm də uğurlu alış-veriş platforması. Halal məhsullar, kosmetika, geyim, ləvazimat, aksessuar və məişət əşyaları satışda olacaq.

Forum çərçivəsində kulinariya yarışları da keçiriləcək – 15 ölkədən aşpazlardan ibarət beynəlxalq komandaların yarışı olacaq.

Halal mətbəx ustaları 1500 kv.m çadırda yemək hazırlayacaqlar. Azərbaycan, Türkiyə, Özbəkistan, İran, Səudiyyə Ərəbistanı, Qırğızıstan, Əlcəzair, Moldova, Rusiya, Pakistan, Livan, Malayziya, Qazaxıstan və Tunisdən olan aşpazlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

Forumun başlaması ərəfəsində 5 ölkədən – Malayziya, Türkiyə, Özbəkistan, İran və Azərbaycandan olan aşpazlar ən yaxşı halal 3 yeməkli menyu hazırlayacaqlar. KazanForum-un qonaqları qala şam yeməyində, Kazan sakinləri və turistlər isə şəhərin restoranlarında yenilikləri dada biləcəklər.

“Rusiya – İslam Dünyası: KazanForum” 2023 XIV Beynəlxalq İqtisadi Forumu 18-21 may (18-19 may – işgüzar proqram, 20-21 may – mədəni) 2023-cü il tarixlərində keçiriləcək. Məkan: Rusiya Federasiyası, Tatarıstan Respublikası, Kazan, “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzi.

KazanForum 2023 proqramına 140-dan çox sessiya daxil olmaqla iki yüzə yaxın tədbir daxildir. Ekspert müzakirələrinin mövzuları: İslam maliyyəsi, Halal sənaye, beynəlxalq əməkdaşlıq, logistika, sənaye, davamlı inkişaf və ESG, İT texnologiyaları, innovasiyalar, investisiyalar, gənclərin sahibkarlığı, kiçik və orta biznes, təhsil, tibb, idman və s.

Turan.az

Bənzər yazılar

Back to top button