Cəmiyyət

Sinoptiklər regionlarda hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edirlər

Aprelin 26-ı günortadan başlayaraq və aprelin 27-i axşama qədər ölkənin dağlıq və dağətəyi rayonlarında yağıntı gözlənilir.

Bəzi yerlərdə yağıntı intensiv olacaq, şimşək çaxacaq və dolu düşəcək, dağətəyi ərazilərdə isə qar yağması ehtimalı var.

Aprelin 27-də şərq küləyi güclənəcək, çaylarda sululuq artacaq, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.

Aprelin 26-da Bakıda və Abşeronda hava dəyişkən bululdu olacaq, arada tutulacaq. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə müsbət 9 +14, gündüz müsbət 17 + 22 dərəcə olacaq.

Bənzər yazılar

Back to top button