
Ermənistanla sərhəddə Laçın rayonunda nəzarət-buraxılış məntəqəsinin tam təchiz edilməsi üzrə işlər başa çatır. Bunu “Svoboda” radiostansiyasının yaydığı videokadrlardan görmək olar.
Qeyd edək ki, nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin 1 saylı yerləşmə məntəqəsinin iki addımlığındadır.
Azərbaycanlı sərhədçilərilə rusiyalı hərbçilər arasında hər hansı ziddiyyət müşahidə edilmir.(Turan)