İdman

Konyada qalmaqal: Mahir Emreli bu paylaşımla hansı mesajı verib? – FOTOFAKT

“Konyaspor”da çıxış edən Mahir Emreli Super Liqanın 30-cu turunda “Adana Demirspor”a qarşı keçirdikləri oyundan sonra paylaşım edib.

Aut.az xəbər verir ki, Konya təmsilçisinin uduzduğu (1:2) görüşdə yeganə qolun müəllifi olan azərbaycanlı hücumçu sosial şəbəkə hesabında bunları yazıb:

“Çox sözlər deyərdik, amma fikir verməyin. Dəstəkləyən hər kəsə təşəkkür edirik”.

Çox günan ki, Mahir bu sözlərlə oyundakı hakim idarəçiliyinə etiraz edir. Qarışlaşmadan sonra “Konyaspor” da referinin 56-cı dəqiqədə təyin etdiyi penaltiyə görə Türkiyə Futbol Federasiyasından və Hakimlər Komitəsindən izahat tələb edib. Eyni zamanda, komitə rəhbərliyini istefa səsləyib. Bu azmış kimi matçın yekun hesabını əks etdirən paylaşıma referi Sarper Barış Sakanın fotosunu yerləşdirib.

Qeyd edək ki, “Adana Demirspor”la oyunda fərqlənən Emreli Super Liqada ilk qoluna imza atıb.

Bənzər yazılar

Back to top button