Dünya
ABŞ NATO üçün açıq qapı siyasətini dəstəkləyir – Ağ Ev

Çərşənbə axşamı Ağ Ev NATO-nun açıq qapı siyasətini dəstəklədiyini bəyan edib və Alyansa daxil olmaq qərarı NATO və daxil olmaq istəyən ölkələr tərəfindən qəbul edilməlidir.
Turan-ın müxbirinin “Ukrayna Co Baydenin səlahiyyət müddəti başa çatana qədər NATO üzvü olmalıdırmı?” sualına cavabda mətbuat katibi Karin Jan-Pyer deyib ki, “bunu NATO və NATO üzrə müttəfiqlər həll edəcəklər”.
“ABŞ-ın NATO-ya daxil olmaq məsələsi ilə bağlı mövqeyi onillər boyunca dəqiq olub: biz açıq qapı siyasətini dəstəkləyirik”, deyə o qeyd edib.
“Hazırda biz diqqətimizi öz azadlığı, ölkəsi uğrunda mübarizə aparan Ukrayna xalqının Rusiya təcavüzünə qarşı müqavimət göstərmək üçün iqtisadi və humanitar yardım almasına cəmləşdirmişik”, deyə o bildirib.