İqtisadiyyatManşet

Azərbaycan Türkiyəyə satdığı qazın qiymətini 3 dəfə qaldırdı – Tam siyahı

Bu ilin ilk 2 ayı ərzində Azərbaycan xarici ölkələrə 1 milyard 213 milyon 897 min kubmetr həcmində təbii qaz satıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricə satılan təbii qazın ümumi dəyəri 502 milyon 27 min dollar olub.

Rəqəmlərdən də göründüyü kimi, ixrac olunan təbii qazın 1000 kubmetrinin gömrük dəyəri 413 dollar olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycan daha çox – 3 milyard 964 milyon kub metr təbii qaz ixrac edib. İxrac olunan təbii qazın 1000 kubmetrinin gömrük dəyəri isə 637 dollar olub.

Bu ilin ilk 2 ayında Azərbaycan 6 ölkəyə təbii qaz satıb. Təbii qazı ən baha qiymətə Rumıniyaya satmışıq. Bu ölkəyə satılan 1000 kubmetr təbii qazın dəyəri 1 008 dollar olub. Ən ucuz qiymətə isə İrana satılıb – 1000 kubmetri 38 dollar.

Məlumat üçün qeyd edək ki, İrana satılan təbii qaz İranın Naxçıvana verdiyi təbii qazın əvəzində eyni qiymətə satılır. Azərbaycan eyni zamanda Rusiyaya da təbii qazı daha ucuz qiymətə satıb – 1000 kubmetri 170 dollar. Təxminən eyni qiymətə də – 1000 kubmetri 179 dollara Rusiyadan təbii qaz alıb.
Azərbaycan ötən il təbii qazı aşağıdakı ölkələrə satıb:

ÖLKƏLƏR Ümumi həcmi
(min kubmetr)
Ümumi dəyəri
(min dollar)
1000 kubmetrin dəyəri (dollar)
Gürcüstan 499 631,86 90 175,16 180,5
Rusiya 326 532,4 55 519,51 170
İtaliya 155 439,54 150 280,04 967
Rumıniya 130 163,08 131 208,44 1008
Türkiyə 90 670,37 74 418,3 821
İran 11 460,13 434,98 38

Bunlardan başqa bu ilin ilk 2 ayında Azərbaycan Türkmənistandan da təbii qaz alıb. Türkmənistandan 87 milyon 849 min kubmetr qaz alınıb və bunun da gömrük dəyəri 12 milyon 533,4 min dollar olub (1000 kubmetri 143 dollar).

Açıqlanan rəsmi hesabatda diqqət çəkən məqamlardan biri Azərbaycanın Türkiyəyə satdığı təbii qazın qiymətinin kəskin artmasıdır. Belə ki, bu ilin ilk 2 ayında Azərbaycan təbii qazın 1000 kubmetrini bu ölkəyə 821 dollara satıb. Ötən ilin eyni dövründə isə bu məbləğ 275 dollar olub. Rəqəmlərdən də göründüyü kimi Azərbaycanın Türkiyəyə satdığı təbii qazın qiyməti təxminən 3 dəfə artıb. Eyni zamanda da Azərbaycanın Türkiyəyə satdığı təbii qazın miqdarı kəskin (16 dəfə) azalıb.

Bənzər yazılar

Back to top button